ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qalıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə dünən saat 17 radələrində Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli küçəsində baş verib.
2008-ci il təvəllüdlü Z.M. həmin küçədəki 60 saylı 16 mərtəbəli binanın 14-cü mərtəbəsindən yıxılıb. Dərhal hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb.
Xəstəxanaya yerləşdirilmiş Z.M.-in vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.