RU

Azərbaycanla Özbəkistan DÇ yə birgə ev sahibliyi üçün FIFA ya müraciət edəcək

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan və Özbəkistan futbol üzrə dünya çempionatına birgə ev sahibliyi etmək üçün FIFA-ya müraciət etməyi qərara alıb. 

Fanat.Az xəbər verir ki, bu barədə ölkəmizdə səfərdə olan Özbəkistan prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyev ilə keçirdikləri birgə mətbuat konfransında deyib.

"İlham Əliyevə minifutbol komandamızın adından təşəkkürümü bildirirəm. Azərbaycanın yığmasını bir daha təbrik edirəm. Onlar dünya çempionu oldular. Biz Azərbaycan futbolçularının uğurlarına sevinirik. Biz İlham Əliyev ilə idmandan çox danışırıq. Qərara aldıq ki, Azərbaycan və Özbəkistanın futbol üzrə dünya çempionatını birgə təşkili etməsi üçün FIFA-ya müraciət edək. Düşünürəm ki, bu, gənclərimiz üçün ortaq uğur olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
50
fanat.az

10Источники