Ajans.az xəbər verir ki tədbirlər zamanı 44 yaşlı Samirə Rüstəmova, 36 yaşlı Bayram Feyziyev, 28 yaşlı Yaşar Əhmədov, 44 yaşlı Elbəyi Çərkəzov və 41 yaşlı Saleh Mirməmədov saxlanılıblar. Onlardan ümumilikdə 5 kiloqramdan artıq heroin, marixuana, psixotrop maddə metamfetamin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb. Saxlanılanlar narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi gəlir qazanmaq niyyətində olduqlarını bildiriblər. Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.