RU

Ermənistan parlamentində yenə DAVA DÜŞDÜ

Bu gün Ermənistanın Milli Məclisində (NS) gərgin anlar yaşanıb.

News24.az"Yerevan today"a istinadən xəbər verir ki, baş nazir Paşinyanın keçmiş partiya üzvü Ovik Agazaryan tribunadan etdiyi çıxışla mübahisəyə səbəb olub.

Deputat çıxışı zamanı bildirib:

“Rusiya bizim təxribatlarımıza aldanmamalıdır” – bu bəyanat isə "Vətəndaş Müqaviləsi" fraksiyasının üzvləri arasında narazılığa və emosional reaksiyalara səbəb olub.

Nəticədə parlament zalında söz atışması və fiziki qarşıdurma baş verib. Hadisə zamanı bir neçə deputat arasında itələşmə və qarşılıqlı ittihamlar qeydə alınıb.

Aqil Qarayev

Избранный
32
7
news24.az

9Источники