Elitada çıxış edəcək “Karvan”ın yeni mövsümlə bağlı planlarının ötən gün keçirilməsi nəzərdə tutulan iclasdan sonra bəlli olacağını bildirmişdik. Həmin iclas olub, baş məşqçi Kənan Kərimov işdən azad olunub, vitse-prezident vəzifəsinə keçib.
“Football-plus.az” klubun mətbuat katibi Bəhruz Musayevlə əlaqə saxlayaraq başqa hansı qərarların verildiyini soruşub. O isə iclasda olanlarla bağlı konkret nəsə demədi. Səbəb kimi isə iyulun 5-i, yaxud 6-da iclasın ikinci hissəsinin keçiriləcəyini dedi.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта