RU

“Neftçi”nin yeni transferi Türkiyə klubunu MƏHKƏMƏYƏ VERDİ

“Neftçi”nin yeni transferi Kenan Piriç Baki klubuna keçidindən danışıb.

Bizim.Media xəbər verir ki, 30 yaşlı qapıçı flaqmanın iddialı olmasının seçiminə təsir etdiyini açıqlayıb.

Bosniya və Herseqovina millisinin üzvü “ağ-qaralar”da əsas qolkiper olmağı hədəflədiyini söyləyib. O, karyerasında yeni mərhələyə qədəm qoyduğunu, “Neftçi” ilə Azərbaycan çempionatında uğurlu nəticə göstərərək, bunun davamını avrokuboklarda gətirmək istədiyini bildirib.
 

Piriç paytaxt təmsilçisində əsas qapıçı rolunu oynamaqla karyerasında yenidən yüksəlişə keçməyi hədəflədiyini vurğulayıb. Bosniyalı qolkiper sabiq komandası “Antalyaspor”da maddi baxımdan ciddi sıxıntı yaşadığını və yalnız 1 ayın maaşını aldığını deyib. Bu səbəbdən Piriç FIFA-ya şikayət ünvanlayıb.


Maraqlıdır ki, Superliqa təmsilçisi də öz növbəsində qapıçının bütün borclarını aldığını və bununla bağlı haqlarını müdafiə edəcəklərini bəyan edib.

Qeyd edək ki, “Neftçi” hələ bu transeri rəsmən açıqlamayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
19
50
bizim.media

10Источники