RU

"Əl-Hilal"dan Hakana şok təklif – İllik 20 milyon avro!

Səudiyyə Ərəbistanının təmsilçilərindən olan "Əl-Hilal" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, klub "İnter"dən ayrılması gündəmdə olan Hakan Çalhanoğlu ilə yaxından maraqlanır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, "Əl-Hilal" həmçinin "Qalatasaray"ın da heyətində görmək istədiyi 31 yaşlı türkiyəli yarımmüdafiəçiyə illik 20 milyon avro qazanacağı müqavilə təklif edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı klubu "sarı-qırmızılılar"ın "Napoli"dən icarəyə götürdüyü Viktor Osimhenlə də maraqlanır.

Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Hakan Çalhanoğlunun "İnter"lə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

İstefa verdi, sonra geri döndü - Emre Belözoğlu yenidən "Antalyaspor"da

"Milan" səfər formasını təqdim edib - FOTO

Mourinyodan sürpriz qərar: İrfan Canı əsas qapıçı kimi görür

"Qalatasaray"dan Yann Zommer bombası

Argentina millisinin üzvü "Marsel"də

Избранный
17
27
apasport.az

10Источники