RU

AFFA nın baş katibinə yeni müavin təyin olunub

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

AFFA-da yeni təyinat gerçəkləşib.

QOL.az-ın xəbərinə görə, baş katib Cahangir Fərəcullayevə yeni müavin təyin edilib. Bu, Elçin Məmmədovdur.

E.Məmmədov qurumda Klubların Lisenziyalaşdırılması Direktorunun rəhbəridir. O, eyni zamanda indiyədək bir neçə dəfə UEFA tərəfindən Avropa kuboklarının oyunlarına bu qurumun nümayəndəsi qismində təyinat alıb.

E.Məmmədov

Qeyd edək ki, bu təyinatla AFFA baş katibinin müavinlərinin sayı ikiyə çatıb. E.Məmmədova qədər Kamran Vəliyev də müavin vəzifəsində çalışıb və indi də həmin vəzifəni icra edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
50
qol.az

10Источники