RU

Döymə vurduranlar üçün təhlükə: Alimlər xəbərdarlıq edir

Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Döymələrin insan sağlamlığına təsiri ilə bağlı İsveçdə aparılan yeni bir elmi araşdırma, bu sahədə ciddi suallar doğurub. Stokholm Universitetinin alimləri döymələrin bəzi hallarda limfa düyünlərində şiş riski yarada biləcəyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, araşdırmaya əsasən, döymə mürəkkəbindəki hissəciklər orqanizmə daxil olaraq iltihablanma və ya bədxassəli dəyişikliklərə səbəb ola bilər. Tədqiqatçılar bildirir ki, xüsusilə döymə böyük sahəni əhatə edirsə və mürəkkəbdə riskli kimyəvi maddələr çoxdursa, bu zaman xərçəng riski daha da yüksəlir.

Stokholm Universitetinin professoru Charlotta W. qeyd edib ki, döymələrin zərərsiz olduğunu düşünmək artıq yanlış yanaşmadır: Pepperoni pizza

"Dəriyə vurulan mürəkkəb bədəndə qalır və illərlə təsir göstərir. Bu maddələrin bəziləri orqanizmdə iltihabi prosesləri başladaraq təhlükəli nəticələrə səbəb ola bilər."

Mütəxəssislər hazırda bu mövzuda daha geniş miqyaslı araşdırmalara ehtiyac olduğunu bildirirlər. Eyni zamanda vətəndaşlara döymə etdirməzdən əvvəl istifadə olunan materialların tərkibi barədə məlumat almaq tövsiyə olunur.

Rəvan Rzazadə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
46
yenisabah.az

10Источники