RU

Azərbaycanda manata olan inam dolları üstələdi 10 ilin statistikası

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankının açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, son 10 ildə Azərbaycanda bank əmanətləri getdikcə artan dinamika ilə inkişaf edir. Bu müddət ərzində əhalinin banklardakı əmanətlərinin həcmi 99,1% (2 dəfəyə yaxın) və ya 7,5 milyard manat artıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Təhlil.az” məlumat yayıb.

2016-cı ildə 7,57 milyard manat olan əmanət portfeli, bu müddət ərzində iki qısa fasilə ilə (2017 və 2020-ci illərdə) artmağa davam edib.

2017-ci ildə 9,5% azalma ilə əmanətlər 6,85 milyard manata düşüb ki, həmin dövr iqtisadi stabilləşmə mərhələsinə təsadüf edib və bir çox amillər, o cümlədən devalvasiya sonrası təsirlər əmanətlərin azalmasına səbəb olub. 2020-ci ildə pandemiyanın təsiri ilə əmanət portfelində 11,2%-lik azalma qeydə alınıb və həmin il göstərici 7,66 milyard manat təşkil edib.

Lakin bu iki istisna xaric, ölkədəki əmanət portfeli hər il artıb. 2022-ci ildə əmanətlər 22,7% artaraq 10,59 milyard manata, 2023-cü ildə 17,1% artaraq 12,4 milyard manata, 2024-cü ildə isə 10,3% artaraq 13,68 milyard manata çatıb. Son bir ildə isə əhalinin banklardakı əmanətlərinin həcmi 10,1% və ya 1,38 milyard manat artaraq 15,06 milyard manata çatıb.

Cari ilin 1 iyun tarixinə olan rəqəmlərə əsasən, ölkədə əhalinin milli valyuta ilə əmanətlərinin həcmi 10,14 milyard manat təşkil edib. Bu, yerli valyuta ilə olan əmanətlərin son bir ildə 13,5% və ya 1,2 milyard manat artması deməkdir. Əhalinin xarici valyutalarda olan əmanətlərinin həcmi isə son bir ildə cəmi 3,8% və ya 0,18 milyard manat artaraq 4,93 milyard manata yüksəlib.

2016-cı ildə əhalinin xarici valyutada yerləşdirdiyi əmanətlərin həcmi 6,12 milyard, yerli valyutada olan əmanətlər cəmi 1,45 milyard manat idi. Aradakı fərq kifayət qədər böyük idi və ümumi əmanət portfelinin təxminən 80%-dən çoxu xarici valyutada formalaşırdı.

Lakin bu vəziyyət tədricən dəyişməyə başladı. 2017-ci ildə xarici valyutada əmanətlər 16,6% azalaraq 5,1 milyard manata düşdü. Paralel olaraq, yerli valyutada əmanətlər 20,5% artaraq 1,74 milyard manata yüksəldi. Bu proses növbəti illərdə daha da sürətləndi. 2018 və 2019-cu illərdə xarici valyutada olan əmanətlər sabit və ya azalmağa meylli olduğu halda, yerli valyutada yerləşdirilən əmanətlərdə ciddi artım qeydə alındı. 2020-ci ildə pandemiyaya görə, ümumi iqtisadi qeyri-müəyyənlik fonunda hər iki valyutada əmanətlər üzrə azalmalar müşahidə olundu. Lakin 2021-ci ildən etibarən vəziyyət yenidən dəyişdi. Yerli valyutada olan əmanətlərdə 34,4% artım baş verdi və həmin il bu göstərici 4,74 milyard manata çatdı. İlk dəfə olaraq yerli valyutada olan əmanətlərin həcmi xarici valyutada olanları ötərək üstünlük əldə etdi və günümüzədək bu müsbət tendensiya davam edir.

Qeyd edək ki, ümumilikdə son 10 ildə yerli valyuta ilə olan əmanətlərin həcmi 7 dəfə və ya 8,69 milyard manat artıb. Xarici valyutada olan əmanətlərin həcmi isə əksinə, 19,5% və ya 1,19 milyard manat azalıb.

2025-ci ilin 1 iyun tarixinə olan statistikaya əsasən, əhalinin banklardakı ümumi əmanətlərinin 13,28 milyard manatı Bakı şəhərinin payına düşür. Bu, ölkə üzrə toplam 15,06 milyard manatlıq əmanətin 88,1%-ni təşkil edir. Qalan 1,79 milyard manatlıq əmanət isə respublikanın digər şəhər və rayonlarında yaşayan əhali tərəfindən yerləşdirilib.

Bölgələr üzrə əmanətlərin bölgüsünə baxdıqda isə ən yüksək göstəricilərin ölkənin iri şəhərlərində qeydə alındığı müşahidə olunur. Cari ilin 1 iyun tarixinə Sumqayıt şəhərində əhalinin əmanətləri 357,2 milyon manat təşkil edir. Bu göstərici Bakıdan sonra ikinci ən yüksək rəqəmdir. Daha sonra 215,6 milyon manatla Gəncə şəhəri gəlir. Abşeronda isə əhalinin əmanətləri 200,1 milyon manat səviyyəsindədir.

Cənubi Qafqaz ölkələrinin Mərkəzi Banklarının rəsmi məlumatları əsasında aparılan təhlil göstərir ki, regionda milli valyutaya ən yüksək etimad məhz Azərbaycan vətəndaşları arasında müşahidə olunur. Daha dəqiq desək, Azərbaycanda əhalinin bank əmanətlərinin ümumi həcmi 8,86 milyard dollar təşkil edir ki, bunun 67,3%-i yerli valyutada, 32,7%-i xarici valyutada saxlanılır.

Gürcüstanda xarici valyutanın payı üstünlük təşkil edir. Əhalinin ümumi bank əmanətləri 11,75 milyard dollar həcmindədir ki, bunun 65,1%-i xarici valyutada, 34,9%-i yerli valyutada saxlanılır. Ermənistanda isə əhalinin bank əmanətlərinin ümumi məbləği 7,7 milyard dollar təşkil edir. Burada əmanətlərin 57,3%-i yerli valyutada, 42,7%-i xarici valyutada saxlanılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
2
qafqazinfo.az

3Источники