
“The New York Times” qəzetinin məlumatına görə, ABŞ-ın Qəzza zolağında atəşkəsə dair yeni təklifi çərçivəsində HƏMAS tərəfindən saxlanılan israilli girovlar mərhələli şəkildə, 60 gün ərzində azad ediləcək.Mənbələrin bildirdiyinə görə, təklifə əsasən, sağ qalan 10 girovun və saxlanılan 18 meyitin azad edilməsi, əvəzində isə fələstinli məhbusların İsrail həbsxanalarından buraxılması nəzərdə tutulur.Azadetmələr 5 mərhələdə həyata keçiriləcək və bu proses 60 gün davam edəcək. Xatırladaq ki, ABŞ-ın əvvəlki təklifinə görə, bütün girovlar atəşkəsin yeddinci gününədək azad edilməli idi.Üç israilli rəsmiyə istinadən qəzet yazır ki, yeni təklifin məqsədi HƏMAS-a daha güclü zəmanət verərək müvəqqəti atəşkəsin daimi sülhə çevrilməsinə zəmin yaratmaqdır.Ulusum.az
Diqqət Çəkənlər
Xəzər Universitetinin Məzun Günü mərasimi
“Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsinə start verildi
Sankt-Peterburqda azərbaycanlı iş adamı saxlanılıb - VİDEO