RU

Çinli bütün sərvətini pişiyinə görə fəda edir

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Çində Guangdong əyalətinin 82 yaşlı sakini bütün əmlakını - mənzilini və sərvətini sevimli Sianba adlı pişiyinə baxmağa razılıq verən şəxsə vəsiyyət edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti yazıb. 

Kişinin bu vəsiyyəti olduqca diqqət çəkib. Belə ki, Long adlı kişi heç vaxt evlənməyib.. Təxminən beş il əvvəl, yağışlı bir gündə o, dörd sahibsiz pişiyi evinə aparıb. Vaxt keçdikcə yalnız bir pişik, Sianba onunla qalıb 

Long qocaldığına görə ev heyvanının taleyindən narahatdır, ona görə də bütün mirasını heyvana qulluq edəcək birinə verməyə hazır olduğunu açıqlayıb. Eyni zamanda o, sövdələşmənin şərtlərinin sadə olduğunu vurğulayır: yeni sahibi pişiyi sevgi, qayğı və rahat həyatla təmin etməlidir.

Kişinin qeyri-adi istəyi ilə bağlı xəbər Çin sosial mediasında geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi Longun hərəkətlərini dəstəkləyib. 

Seymur Əli 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
50
unikal.az

10Источники