AZ

8 yaşlı uşaq yalnız it kimi hürməklə ünsiyyət qurur

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Taylandın şimalındakı Uttaradit əyalətində çox qeyri-adi bir hadisə baş verib. 8 yaşlı bir oğlan uşağı illərlə meşədə itlərlə birgə yaşayıb və danışmaq əvəzinə yalnız hürür.

BAKU.WS xəbər verir ki, uşaqla bağlı məsələ, onun sənədlərlə məktəbə getməli olduğu, lakin heç vaxt dərsə qatılmadığı məlum olduqdan sonra ortaya çıxıb. Məktəb direktoru bu barədə polisə və hüquq müdafiəçisi Pavinə Honsakula məlumat verib.

Sosial xidmət əməkdaşları uşağın evinə getdikdə, o, dördayaq yeriyib, it kimi hürməyə başlayıb. Hüquq müdafiəçisi bildirib ki, uşaq heç bir söz demir, yalnız hürür və bu vəziyyət çox acınacaqlı görünüb.

Məlum olub ki, uşaq anası və qardaşı ilə birlikdə dağıntı halında olan bir daxmada yaşayırmış. Anası uzun illər uşağı meşədə 6 itlə tək buraxıb, özü isə məbədlərdə yemək və pul dilənirmiş.

Dövlət bir vaxtlar uşağın təhsili üçün anaya yardım ayırsa da, o, uşağı məktəbə göndərməyib. Uşaq insanlarla ünsiyyət qurmadan, itlərlə birlikdə sağ qalmağa çalışıb. Danışmağı isə heç vaxt öyrənməyib.

Əlavə olaraq bildirilib ki, anası qadağan olunmuş maddələrdən istifadə etdiyi üçün, digər uşaqlar da onun oğlundan uzaq durublar.

Hazırda uşaq sosial sığınacaqda dövlətin himayəsindədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
24
baku.ws

10Mənbələr