RU

Baku TV Mollaların ifşası: Rüşvət təklif edənlər, qapını üzümüzə çırpanlar...

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Baku TV molla və seyid adı altında fırıldaqçılıqla məşğul olan şəxsləri ifşa edib.

BAKU.WS xəbər verir ki, Hacı Ədalət – özünü molla kimi təqdim edən bu şəxsin qəbuluna hər gün ən azı yüzdən çox insan gəlir. Hamı da dərdinə dərman olsun deyə ondan mədət umur.

Bu yaxınlarda adıçəkilən şəxsin fəaliyyəti barədə Baku TV-nin "Qaynar xətti"nə müraciət daxil olub. Kanal onun barəsində səsləndirilən iddiaların nə dərəcə həqiqətə uyğun olmasını araşdırıb. Əməkdaş məkana əvvəlcə sıravi vətəndaş kimi daxil olur və molla onun problemi ilə bağlı "həll üsulu" təklif edir. Daha sonra müxbir özünü Baku TV-nin əməkdaşı kimi təqdim edib, yenidən onunla danışmaq istəyəndə qapını üzünə bağlayaraq hədə-qorxu gəlir.

Növbəti dəfə döyülən qapı isə özünü seyid kimi təqdim edən bir şəxs olub. Kimi övlad sahibi olmaq, kimi ailəsində problemləri həll etmək, kimi ağır xəstəlikdən sağalmaq üçün buraya pənah gətirir.

Çarəni seyidin ocağında tapacağına ümid edən insanların inamını ələ almağı bacaran bu şəxs isə birinə dua yazır, digərinə vergili olduğunu iddia etdiyi əlləri ilə toxunur. "Biz insanlara xidmət edirik. Ona görə buaraya gəlirlər ki, həkimlərin bilmədiyini ağa bilir", – deyə Seyidin oğlu Baku TV-yə açıqlamasında söyləyib.

Özünü "dindar" kimi təqdim edərək insanların çarəsizliyini, son ümidini maddi qazanca çevirən bu şəxslərlə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə sorğu ünvanlanıb. Aydın olub ki, həmin şəxslər tamamilə qanunsuz fəaliyyətlə məşğuldurlar. Nə din xadimi kimi qeydiyyatdan keçiblər, nə vergi ödəyirlər, nə də dedikləri kimi qeyri-adi istedadları var.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
baku.ws

2Источники