RU

Məşhur “Squid Games” serialının müəllifi onun Amerika versiyasının çəkilməsi ilə bağlı xəbərləri yalanlayıb

Bakı. Trend:

Cənubi Koreya istehsalı olan dünyaca məşhur “Squid Games”(“Kalmar oyunu” - tərc.) serialının yaradıcısı Hvan Don Hek üçüncümövsümün sonluğunun onun Amerika “spinoff”unun çəkiləcəyinə eyhamvurması ilə bağlı dolanan şayiələri təkzib edib.

Trend bu barədə“Variety” nəşrinə istinadən xəbər verir.

Jurnalistin “Kalmar Oyunu”nun orijinal versiyasının sonsəhnəsinin spinoff-a (iddialara görə, onu rejissor Devid Finçerçəkəcək ) zəmin olub-olmadığı ilə bağlı sualına cavab olaraq DonHek bu ehtimalı rədd edib. Üstəlik, o etiraf edib ki, yeniseriyaların çəkilişinə hazırlıq işlərindən xəbərsizdir.

“Xeyr, heç bir əlaqə yoxdur. Mən sadəcə istəyirdim ki, finalgüclü və təsirli alınsın. Düzünü desəm, Devid Finçerin davamçəkdiyinə dair heç nə eşitməmişəm. Bəli, şayiələr var idi, amma busadəcə mənim istədiyim sonluqdur”, – deyə o bildirib.

Hvan qeyd edib ki, əgər "Netflix" platforması, doğrudan da,Amerika spinoff-u çəkmək qərarına gəlsə, həmin layihədə rejissorkürsüsündə əyləşmək istərdi.

Məqalədə:
Избранный
68
az.trend.az

1Источники