RU

Bankir oğurlandı

Özbəkistandan olan 48 yaşlı maliyyəçi, "Anorbank"ın yeganə səhmdarı Kahramonjon Olimov Parisin mərkəzində oğurlanıb.

 

Bu barədə "Le Monde" nəşrinə istinadla xəbər verir.

 

Nəşr onun iyunun 23-də oğurlandığını bildirir. Maliyyəçi qaçırıldıqdan sonra Nitsa yaxınlığındakı zirzəmiyə gətirilib və burada döyülüb.

 

Olimov ölümlə hədələnib, sonra pul qarşılığında azadlığa buraxılıb. Onun fransalı tərəfdaşlarla danışıqlar aparmaq və daşınmaz əmlak alqı-satqısını rəsmiləşdirmək üçün Parisə getdiyi bildirilir.

 

Faktla bağlı "bir qrup şəxs tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum etmə" maddəsi ilə cinayət işi açılıb, bir nəfər saxlanılıb.

 

Qeyd edək ki, Olimov bir milyard dollardan çox aktivləri idarə edən rəqəmsal bank olan "Anorbank"ın (2020-ci ildə yaradılıb) səhmlərinin 99,38%-nə sahibdir.

 

Oxu.az

Tarix: 3 İyul 2025, 18:24   
Избранный
15
1
pravda.az

2Источники