RU

Sabiq “Luqansk meri” Manolis Pilavovun həlak olduğunu təsdiqləndi – DETALLAR

Separatçı rejimin nümayəndələrinin bildirdiyinə görə, Manolis Pilavov Luqansk şəhərində baş verən partlayış nəticəsində həyatını itirib.

KONKRET.az xəbər verir ki, “Shot” teleqram kanalı partlayışın Taras Şevçenko küçəsində yerləşən evin yaxınlığında baş verdiyini və Pilavovun hadisə zamanı həmin ərazidən keçdiyini yazır. Məlumata görə, partlayıcı qurğu evin kandarında yerləşdirilib. “Mash” kanalı isə daha əvvəl qurğunun qapı açılanda işə düşdüyünü iddia etmişdi. Sonradan kanal əlavə edib ki, bomba kandarda deyil, qapıya yaxınlaşan bir qadının çantasında yerləşdirilmişdi.

Qeyd edək ki, Manolis Pilavov 2014–2023-cü illərdə Rusiyanın nəzarətində olan Luqansk şəhərinin “meri” vəzifəsini icra edib.

Natiq Səlim,
KONKRET.az

Избранный
19
29
konkret.az

10Источники