Avtosfer saytına istinadən ain.az xəbər verir.
Avstraliyanın "Qantas Airways" aviaşirkəti əlaqə mərkəzinin kiberhücuma məruz qaldığını etiraf edib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunun nəticəsində "Qantas Airways"in müştərilərinin şəxsi məlumatları (ad və soyad, mobil nömrələr və elektron ünvanlar) kibercinayətkarların əlinə keçib.
Qeyd edək ki, hücuma məruz qalan plaftormada 6 milyon müştərinin şəxsi məlumatları olub.
Açıqlamaya əsasən, müştərilərin maliyyə və pasport məlumatları ələ keçirilməyib, çünki onlar sözügedən bazada saxlanılmayıb.
Xatırladaq ki, "Qantas Airways" 2022-ci ildə də haker hücumuna məruz qalıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.