RU

Juan Pedro: “Ancaq qənimətlər qazanmaq haqda düşünürəm”

“Çelsi”nin 23 yaşlı braziliyalı mərkəz hücumçusu Juan Pedro “zadəganlar”ın heyətinə keçidi ilə bağlı fikrini açıqlayıb.

Arena.az “Çelsi”nin rəsmi saytına istinadən, Pedronun müvafiq açıqlamasını təqdim edir:

“Hamı bilir ki, “Çelsi” görkəmli tarixə malik böyük klubdur. Onların keçmişdə parlaq oyunçuları olub, elə, indi də var. Odur ki, mən onlara qoşulmağa şadam, siz isə bilirsiniz ki, “Çelsi”nin oyunçusu olduqda acaq bircə xüsus haqda düşünmək gərəkdir – qələbə qazanmaq. Mən İngiltərə Premyer Liqasını izləməklə böyümüşəm, “Çelsi” isə qənimətlər qazanan klub idi. Ona görə də “Çelsi”yə keçəndə ancaq bircə xüsus – qənimətlər qazanmaq haqda düşünürsən. Hər bir yarışda düşünmək gərəkdir: “Mən “Çelsi” üçün çıxış edirəm və bu, mənim iddialarımdır.

Mən David Luislə (“Çelsi”nin braziliyalı keçmiş müdafiəçisi – redaktorun qeydi) azacıq yaxınam. Mən onunla “Çelsi” haqda danışmışdım, o isə öz karyerasından söhbət açaraq, burada necə daha yaxşı tərəqqi etməkdən danışdı. O, mənə kömək etdi”, deyə Juan Pedro vurğulayıb.

Britaniya mətbuatının yazdığına görə, “Çelsi” 23 yaşlı hücumçunun transferi üçün “Brayton”a ümumilikdə 63,7 milyon avro ödəyib. Braziliyalı futbolçu ilə müddəti 2033-cü ilin iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Juan Pedro Braziliyanın “Fluminense” klubunun yetirməsidir. O, İngiltərədə “Uotford”un da formasını geyinib. “Brayton” braziliyalı hücumçunu 2023-cü ilin yayında 34,2 milyon avro müqabilində heyətinə qatmışdı. Pedro “Brayton”un heyətində 70 oyuna 30 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Tam adı Joao Pedro Junkeyra de Jezus olan futbolçu 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya millisində 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Избранный
15
22
arena.az

10Источники