AZ

İsraildən etiraf: Tramp-Netanyahu görüşündə atəşkəs elan ediləcək

İsrail mediası ABŞ prezidenti Donald Trampın bazar ertəsi, iyulun 7-də İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı Qəzza zolağında atəşkəs elan edəcəyini yazıb.

Turkustan.az xəbər verir ki, İsrailin "Yediot Ahronot" qəzetinin İsrail rəsmilərinə istinadən verdiyi məlumata görə, İsrail HƏMAS ilə atəşkəsin təfərrüatlarını müzakirə etməyə hazırlaşır.

İsrail rəsmiləri bildiriblər ki, ABŞ prezidenti Tramp da "Netanyahu ilə görüşündə Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasının əldə olunduğunu elan etmək niyyətindədir".

HƏMAS-ın təklifə "hə" deyəcəyi mesajları verdiyi, razılaşmada irəliləyiş əldə edildiyi, lakin fələstinli əsirlərin azad edilməsi və digər məsələlərlə bağlı çətin danışıqlar prosesinin olacağı bildirildi. HƏMAS-ın cavabından sonra İsrailin danışıqlara başlamağa hazırlaşdığı, Trampın Qətərə, Qətərin də razılaşma üçün HƏMAS-a təzyiq etdiyi iddia edilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
2
6
turkustan.az

10Mənbələr