AZ

İsrail mətbuatı Qəzzada yeni atəşkəs təklifinin təfərrüatlarını müzakirə edir

ABŞ-ın Təl-Əviv hökumətinə və HƏMAS-a Qəzzada yeni atəşkəs və əsir mübadiləsi razılaşması təklifinin təfərrüatları İsrail mətbuatında müzakirə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, atəşkəsin 60 gün davam edəcəyi və bu müddət ərzində Qəzzada olan 10 israilli məhbusun azad ediləcəyi, 18 ölü məhbusun cəsədinin təhvil veriləcəyi gözlənilir.

Qəzza zolağına humanitar yardım axınının artırılması üçün planlar hazırlanarkən, İsrail ordusunun geri çəkiləcəyi sərhədlərdən və həbsxanalardan nə qədər fələstinli məhbusun azad ediləcəyi hələlik bəlli deyil.

Seçilən
12
41
operativmm.az

10Mənbələr