ain.az, Axar.az portalına istinadən məlumat yayır.
İsrail tərəfi Vaşinqton nümayəndələri ilə görüşdə Qəzzada iki aylıq atəşkəs üçün lazım olan şərtlərlə razılaşıb.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” səhifəsində yazıb.
“Bu gün mənim nümayəndələrim Qəzza məsələsi ilə bağlı israillilərlə uzun və səmərəli görüş keçirdilər. İsrail 60 günlük atəşkəs üçün lazımi şərtlərlə razılaşıb və bu müddət ərzində biz bütün tərəflərlə müharibəni dayandırmaq üçün çalışacağıq”, - o bildirib.
Amerika liderinin sözlərinə görə, sülhün bərqərar olması üçün çalışmış Qətər və Misir nümayəndələri yekun təklifi HƏMAS-a çatdıracaqlar.
Qeyd edək ki, Tramp sözügedən şərtlər barədə ətraflı məlumat verməyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.