RU

Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb

Macarıstanın səfiri Antal Hejzer Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

Moderator.az “İnterfaks-Ukrayna”ya istinadən verdiyi məlumata görə, xarici işlər nazirinin müavini Aleksandr Mişşenko səfirə bildirib ki, Macarıstanın hakim siyasi qüvvələri "istənilən şəraitdə Kiyevi daxili siyasi mübarizəyə sürükləməyə çalışır və bu, Ukrayna tərəfinə məlumdur".

Nazir müavini əlavə edib ki, Ukrayna heç vaxt başqa ölkənin, xüsusən də Macarıstanın daxili işlərinə qarışmağa imkan vermədiyi üçün rəsmi Budapeştin bu cür cəhdləri Kiyevdə narahatlıq doğurur.

Избранный
35
13
moderator.az

10Источники