RU

Sumqayıtda motosiklet sürücüsü iki piyadanı vurub

Sumqayıt şəhərində piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib...

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, motosiklet hərəkətdə olarkən yolu keçmək istəyən 2 kişini vurub.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, hadisə nəticvəsində 1960-cı il təvəllüdlü şəxs kəllə-beyin travması alıb, 2006-cı il təvəllüdlü şəxsə isə bud sümüyünün sınığı diaqnozu təyin olunub: "Reanimasiya şöbəsinə yerləşdirilən hər iki şəxsin vəziyyəti orta ağır qiymətləndirilir”.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Избранный
6
10
poliqon.info

10Источники