RU

“Qəbələ” yeni oyunçu transfer etdi 

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

 

Modern.az xəbər verir ki, 19 yaşlı qanalı sol cinah vingeri Prins Ovusu “qırmızı-qaralar”a qoşulub. O, ötən mövsümdə klubun U-19 komandasının formasını geyinib. Ovusu ilə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Prins ötən mövsüm U-19 Liqasının gümüş mükafatçısı olub. O, keçirdiyi 14 oyunda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
21
19
modern.az

10Источники