RU

ABŞ 100-ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

ABŞ Vaşinqtonla xoş niyyətlə danışıqlar aparan ölkələrə 10% rüsum tətbiq edəcək.

APA xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib.

"Prezident Donald Tramp vicdanla danışıqlar aparanları mükafatlandırmaq istəyir. Düşünürəm ki, 100-ə yaxın ölkə olacaq ki, onlar cavab olaraq minimum rüsum olan 10%-i alacaqlar və daha sonra nə olacağına baxacağıq.", - o deyib.

Bessentin sözlərinə görə, iyulun 9-u olan son tarixədək ABŞ və digər ölkələr arasında sazişlər bağlandığını görmək olar.

Избранный
22
36
apa.az

10Источники