RU

Türkiyənin İzmir vilayətində baş verən meşə yanğını faciə ilə nəticələnib

Bakı. Trend:

Türkiyənin İzmir vilayətinin Ödemiş rayonunda baş verən meşəyanğını faciə ilə nəticələnib.

Trend xəbər verirki, bu barədə ölkənin kənd və meşə təsərrüfatı naziri İbrahimYumaklı açıqlama verib.

Nazirin sözlərinə görə, yanğının söndürülməsi zamanı bir meşəişçisi həlak olub, bir sürücü isə ağır yaralanıb. Bundan əlavə,hadisə nəticəsində 80 yaşlı yataq xəstəsinin də həyatını itirdiyibildirilib.

Eyni zamanda, Türkiyənin İstanbul şəhərinin Silivri rayonunda dagenişmiqyaslı meşə yanğını baş verib. İstanbul Valiliyinin verdiyiməlumata əsasən, yanğınla mübarizəyə 7 təyyarə, 3 helikopter, çoxlusayda texnika və 691 nəfərlik heyət cəlb olunub.

Təhlükəsizlik məqsədilə 50 mənzillik ərazi təxliyə olunub. İlkinməlumatlara görə, yanğın nəticəsində 100 hektarlıq meşə sahəsizərər görüb.

Hər iki bölgədə yanğının səbəbləri araşdırılır, söndürmə vəsoyutma işləri isə davam etdirilir.

Избранный
30
50
az.trend.az

10Источники