RU

Bu gün Xankəndidə İƏT-in 17-ci Zirvə Toplantısı keçiriləcək

BAKI, 3 iyul. TELEQRAF

Bu gün Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısı keçiriləcək.

Teleqraf xəbər verir ki, toplantıda iştirak etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian və digər dövlət və hökumətlərin rəhbər şəxsləri Xankəndiyə səfər edəcəklər.

Sammitdə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilat daxilində islahatlar müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq.

Sammitdə üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Şimali Kipr Türk Cumhuriyyəti də daxil olmaqla müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Избранный
27
7
teleqraf.com

10Источники