RU

Lukaşenko Trampı təbrik edib

Belarus prezidenti Aleksandr Lukaşenko həmvətənləri və şəxsən öz adından Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampı və bütün amerikalıları Müstəqillik Günü münasibətilə təbrik edib.

APA xəbər verir ki, bu barədə BELTA-ya Belarus liderinin mətbuat xidmətindən məlumat verilib.

"Sizin birinci prezidentliyiniz dövründə Minsk və Vaşinqton münasibətlərinin normallaşması yoluna qədəm qoydular. Təəssüf ki, müəyyən məqamda Belarus-ABŞ əməkdaşlığı həmin müsbət xətdən kənara çıxdı. Mən əminəm ki, bu vəziyyət nə ölkələrimizin, nə də xalqlarımızın milli maraqlarına uyğun gəlmir. Artıq bunu dəyişməyin vaxtı çatıb", - Lukaşenko qeyd edib.

O həmçinin qeyd edib ki, Belarus həmişə ABŞ-la konstruktiv və hörmətli dialoqun qurulmasının tərəfdarı olub.

Избранный
4
27
apa.az

10Источники