RU

Əl Şabab Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Səudiyyə Ərəbistanı klubu "Əl-Şabab"da yeni baş məşqçi təyinatı reallaşıb.

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis İmanol Alquasil komandanın yeni çalışdırıcısı olub. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, bu postda türkiyəli məşqçi Fatih Terimi əvəz edib. "Əl-Şəbab" ötən mövsüm çempionatı 60 xalla 6-cı yerdə tamamlayıb. Sözügedən komanda 71 yaşlı Terimin rəhbərliyi altında 23 matçda 12 qalibiyyət, 4 bərabərlik və 7 məğlubiyyətlə yadda qalıb. 

Alquasil 2011-ci ildən vətənində "Real Sosyedad"da çalışırdı. 2018-ci ildə bu klubun baş məşqçisi olan mütəxəsssis 2 ildən sonra onunla İspaniya kubokunu qazanıb. 3 ay əvvəl rəhbərliklə fikir ayrılığına görə komandadan ayrılıb. 53 yaşlı mütəxəssisin xidmətində "Sevilya" da maraqlı idi. 

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
4
fanat.az

10Источники