İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib.
Xezerxeber.az xəbər verir ki, Prezidenti İlham Əliyev həmçinin iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub.
Dövlətimizin başçısı iyulun 3-də Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə də tanış olub.
Sonra Prezident İlham Əliyev "Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Xankəndi” Biznes Mərkəzinin açılışında iştirak edib.
İlham Əliyev iyulun 3-də Xankəndi Konqres Mərkəzinin açılışında da iştirak edib.
Bundan sonra Prezident İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb.
İyulun 3-də həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar.
İyulun 3-də həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.