RU

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"la, "Palmeyras" "Çelsi" ilə üz-üzə

Bu gün FIFA Klublararası dünya çempionatında yarımfinala yüksələn ilk komandalar bəlli olacaq.
 
Moderator.az xəbər verir ki, ilk oyun günündə "Fluminense" "Əl-Hilal"la, "Palmeyras" isə "Çelsi" ilə qarşılaşacaq.
 
Dörddəbir final mərhələsinin növbəti görüşlərində isə PSJ "Bavariya" ilə, "Real Madrid" isə "Borussiya Dortmund" ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, yarımfinal görüşləri 8-9 iyul, final qarşılaşması isə 13 iyul tarixində keçiriləcək.
 
4 iyul
 
Klublararası dünya çempionatı
 
Dörddəbir final mərhələsi
 
Saat 23:00, "Fluminense" - "Əl-Hilal".
 
5 iyul
 
Saat 05:00, "Palmeyras" - "Çelsi".
 
Избранный
20
9
moderator.az

10Источники