ABŞ-da Ağ Ev ərazisində UFC döyüşü keçiriləcək.
QOL.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.
Tramp çıxışı zamanı "Biz UFC döyüşünü Ağ Evin ərazisində keçirəcəyik. Orada yerimiz çoxdur” ifadəsini işlədib. O, 20-25 min tamaşaçının iştirakı ilə keçiriləcək çempion adı uğrunda döyüşdən bəhs etdiyini bildirib.
Lakin ABŞ prezidenti döyüşün tarixini və iştirakçıların adını açıqlamayıb.