RU

Milli Məclisin Komitə sədri QHT.AZ saytını təbrik edib

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa QHT.AZ saytının qurucu-baş redaktoru Cəsarət Hüseynzadəyə, saytın yayın həyatına  başlamasının 10-cu ildönümü ilə bağlı Təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli Cəsarət müəllim,
vətəndaş cəmiyyətinin inkişafına və ictimai fikrin formalaşmasına özünəməxsus töhfələr verən QHT.AZ informasiya platformasının 10 illik yubileyi münasibətilə Sizi, kollektivinizi və sizinlə əməkdaşlıq edən vətəndaş cəmiyyəti təmsilçilərini səmimi qəlbdən təbrik edirəm!

Ötən on ildə QHT.AZ saytı yalnız qeyri-hökumət təşkilatlarının informasiya resursu olmaqla kifayətlənməyib, həm də vətəndaş cəmiyyətinin fəal tribunasına çevrilib, ictimai təşəbbüslərin və sosial ideyaların cəmiyyətə ötürülməsində, ictimai-siyasi dialoqun genişlənməsində önəm rol oynayıb.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi olaraq, biz QHT sektorunun şəffaflığını, vətəndaş iştirakçılığını və ictimai nəzarət institutlarını gücləndirən bu cür media platformalarının fəaliyyətini yüksək qiymətləndiririk. 

QHT.AZ həm məzmun etibarı ilə, həm də missiyası baxımından ictimai fayda yönümlü bir mənbə olaraq cəmiyyətimiz üçün önəmli bir örnəkdir.

Sizə, peşəkar kollektivinizə yeni uğurlar, daha geniş auditoriya və ictimai əhəmiyyətli təşəbbüslərin dəstəklənməsində ardıcıl fəaliyyət arzulayıram!

Əlamətdar yubileyiniz mübarək olsun”

Qeyd edək ki, QHT.az saytı 2015-ci ilin iyulun 11-dən fəaliyyətə başlayıb.

Избранный
4
5
qht.az

10Источники