RU

Almaniyada sərnişin avtobusunun aşması nəticəsində 20 nəfər xəsarət alıb

Berlin, 4 iyul, AZƏRTAC

Almaniyanın Meklenburq-Ön Pomeraniya əyalətində sərnişin avtobusu qəzaya uğrayıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, “Flixbus” şirkətinə məxsus nəqliyyat vasitəsinin yoldan çıxaraq aşması nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Kopenhagen-Vyana istiqamətində hərəkət edən avtobusda 53 sərnişin və iki sürücü olub.

 
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
12
4
azertag.az

10Источники