RU

Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsi 21%-dən çox artıb

Finss.az - Bu ilin yanvar-may aylarında Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 21,1% artaraq 5,3 milyard ABŞ dollarını ötüb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə Azərbaycandan İtaliyaya ixracın dəyəri 5,12 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 21,2% artım deməkdir. İtaliyadan Azərbaycana idxal isə 212,5 milyon dollar olub və ötən illə müqayisədə 17,6% yüksəlib.

Cari ilin ilk beş ayında İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsində 25,46% payla birinci yerdə qərarlaşıb. Bu göstərici ötən ilin müvafiq dövründəki göstəricidən 1,55 faiz bəndi yüksəkdir.

Избранный
9
50
fins.az

10Источники