Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın deputat toxunulmazlığından məhrum edilməsi barədə Milli Assambleyaya vəsatət təqdim edib.
KONKRET.az xəbər verir ki, Ohanyana qarşı qaldırılan cinayət işi onun müdafiə naziri postunu tutduğu 2010-cu ildən 2015-ci ilə kimi Geqarkunik rayonunda 10,5 min kvadratmetr torpaq sahəsinin qanunsuz mənimsənilməsindən gedir.
İstintaqın məlumatına görə, Ohanyan qanunsuz olaraq həmin torpaq sahəsini zəbt edib və büdcə vəsaitindən istifadə edərək orada malikanə tikib.
İşdə “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan da var. Onun deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı vəsatətin daha sonra təqdim ediləcəyi gözlənilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az