RU

Tramp Ağ Evin ərazisində UFC döyüşü keçirmək istəyir

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evin ərazisində Mütləq Döyüş Çempionatı (UFC) döyüşünün keçiriləcəyini bildirib.

Tram bu açıqlamanı Ayova ştatında keçirilən, 2026-cı ildə ABŞ Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyinin tamam olmasına həsr edilmiş yubiley tədbirində verib. Tramp yubliley tədbirlərinin ölkənin bütün ərazisində keçiriləcəyini deyib. Tramp UFC Prezidenti Dan Vayta üz tutaraq söyləyib: "Hətta düşünürəm ki, bu münasibətlə UFC görüşü də keçirək. Ağ Ev ərazisində UFS qarşılaşması keçiriləcəyini təsəvvür edin. Orada yerimiz çoxdur". Tramp söhbətin çümpion adı uğrunda əsl qarşılaşmadan getdiyini, həmin oyuna baxmaq üçün 20-25 min tamaşaçının gələcəyini söyləyib.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə açıqlamasında Prezidenti "tam ciddi" olduğunu deyib.

Hürr Tərcüman

 

Избранный
9
19
hurriyyet.az

10Источники