RU

Badminton millimiz dünya reytinqində 27-ci sıraya yüksəlib

Azərbaycanın badminton üzrə milli komandası Dünya Badminton Federasiyasının açıqladığı yeni reytinq siyahısında 121 ölkə arasında 27-ci sıraya yüksəlib.

Komandamızın hesabında 2 726 reytinq xalı var.

Milli son üç ayda reytinqdə 18 pillə irəliləyib. Bu isə Azərbaycan badmintonu tarixində ən yüksək göstəricidir.

Qeyd edək ki, 2018-ci ildə reytinqdə 85-ci olan millimiz ötən illər ərzində ümumi reytinq sıralamasında 39 pillə irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı sırada yer almışdı.

Избранный
223
16
cbcsport.az

10Источники