RU

"Çox arzulayıram ki, polislərin maaşı artırılsın" - Deputat

"Azərbaycanda ən çox əziyyət çəkən, 8 saatlıq iş rejimi olmayan polis orqanıdır. Polisin gecəsi, gündüzü yoxdur".

Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında “Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

"Azərbaycan polisi ictimai asayişin, təhlükəsizliyin qorunmasında fəal iştirak edirlər. Ona görə də onları qiymətləndirmək çox gözəldir. Çox arzulayıram ki, polislərin maaşı artırılsın. Necə ki, bu qanun ona xidmət edəcək", deyə deputat bildirib.

Избранный
2
50
avtosfer.az

10Источники