RU

Naxçıvanda məktəb və uşaq bağçasının yenidən qurulmasına 3,5 milyon ayrıldı

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Nehrəm qəsəbəsində yerləşən və tikintisi tamamlanmamış 3 nömrəli tam orta məktəb və uşaq bağçasının yenidən qurulması ilə bağlı tenderə yekun vurub.

Nazirlik idman avadanlıqlarına 2 milyon manat xərcləyəcək

FED.az xəbər verir ki, satınalma prosedurunun qalibi “APF Tikinti” MMC (VÖEN: 0201170731) olub. Şirkət bu layihə çərçivəsində 522 şagird yerlik məktəb60 yerlik uşaq bağçasının bərpa-gücləndirmə və tikinti işlərini davam etdirəcək.

Dövlət qurumu ilə şirkət arasında bağlanan müqavilənin ümumi dəyəri 3.559.568,99 manat təşkil edir.

Qeyd edək ki, “APF Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 8 100 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Zamir Məmmədov Adil oğludur. Hüquqi ünvanı AZ7000, Naxçıvan şəhəri, N.Əliyev, ev 5 ünvanında yerləşir.

Избранный
4
2
fed.az

10Источники