RU

Azərbaycanda QHT sədri şantaj edildi, məhkəməyə üz tutdu

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanda qeyri-hökumət təşkilatının əməkdaşı təşkilat sədrini şantaj etməkdə təqsirləndirilib.Oxu.Az-ın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən "Yeniləşən Dövlətə Dəstək" İctimai Birliyinin sədri İlham Abbasov bu barədə xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək rəhbərlik etdiyi təşkilatın üzvü Asim Əliyevin şantaj və böhtanlarına məruz qaldığını bildirib.İ.Abbasov şikayətində göstərib ki, təşkilat üzvləri ilə birlikdə Quba rayonunda tədbir keçirəndən sonra axşam həmin rayon ərazisində gecələməli olublar. Evdə təşkilat üzvləri Asim Əliyev, Oqtay İsayev və Şəlalə Şükürova çörək yeyərkən spirtli içki qəbul ediblər. Həmin vaxt Asim Əliyev sərxoş vəziyyətdə olduğu üçün Ş.Şükürovaya intim təklif edib və qadın qaçaraq İ.Abbasovdan kömək istəyib. Bunu telefonla çəkən A.Əliyev sonradan həmin videoları özünə sərf edən kimi montaj edib, sosial şəbəkələrdə paylaşıb. O, bu üsulla İ.Abbasova şər atıb, şərəf və ləyaqətini ləkələyib.İttihama görə, A.Əliyev, bununla yanaşı, İ.Abbasovun təşkilat üzvlərinin imzalarını da saxtalaşdırdığı barədə məlumatlar yayıb.Məhkəmə araşdırması zamanı ittihamlar sübuta yetirilib və məhkəmə hökmü elan olunub.Məhkəmənin hökmü ilə A.Əliyev İ.Abbasova şər və böhtan atmaqda təqsirləndirilib. Amma cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin olunmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
17
demokrat.az

10Источники