RU

17 kiloqramlıq ölüm qoxu su... Yüzlərlə gəncin gələcəyinə təhdid yaradan zərərli vərdiş

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar dünyanın və ölkəmizin narkotiklərlə mübarizə mövzusunda çoxsaylı xəbərlərini eşidirik. Hər gün bu cür xəbərlər artıq adi məlumatlar kimi qəbul edilməyə başlayıb, amma unutmamalıyıq ki, bu, cəmiyyətin və insanlığın başlıca bəlasıdır. Əslində, narkotik ticarəti, ölkənin və xüsusilə gənclərin gələcəyinə ciddi təhdid yaradır. Bu bəla ilə mübarizə yalnız hüquq mühafizə orqanlarının və dövlətin deyil, hər birimizin məsuliyyətidir.

Bu gün yenə qarşılaşdığım xəbərdə Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Binəqədi rayonunda keçirilən növbəti əməliyyat zamanı 1994-cü il təvəllüdlü Nəsrəddin Musayev saxlanılıb. Ondan 17 kiloqram qurudulmuş marixuana aşkar edilib.

Bu, adi statistik bir xəbər kimi görünə bilər, lakin yaradafağı fəsadları düşünərək bu 17 kiloqram narkotik maddəni sadəcə sellofan torbaya bükülmüş "ot" kimi görməməliyik. Hər bir torbanın, hər bir paketin, hər bir qrammının yüzlərlə gəncin həyatını zəhərləyəcək bir vasitə olduğunu düşünək. Nəzərə alaq ki, bu narkotiklər, gənclərin sağlamlığını məhv edəcək, onların həyatını zəhərləyəcək və gələcəkdə cəmiyyətdə normal yaşamaq hüququnu əlindən alacaq.

Ənənəvi olaraq Musayev ifadəsində, narkotik vasitələri şəxsiyyəti məlum olmayan bir İran vətəndaşı vasitəsilə Qaradağ rayonunun ərazisindən alıb və müxtəlif ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib. Bu onu məsuliyyətdən azad edirmi? Xeyir. Bu, təkcə qanun pozuntusu deyil, həm də cəmiyyətin gələcəyinə qarşı törədilmiş ağır cinayətdir.

Ölkədə işsizlik problemi hamıya məlumdur. Lakin bu, heç kimə başqalarının həyatını məhv etməklə qazanc əldə etməyə haqq vermir. Narkotiklərin ticarəti, insanları bir anlıq maddi qazanc uğrunda aldatmaqla yanaşı, əslində, uzun müddətli mənəvi və fiziki məhvə səbəb olur. Bu, həm hüquqi, həm də insani baxımdan qəbuledilməzdir.

Narkotiklərin ticarəti və istifadəsi cəmiyyətin bir çox problemlərini dərinləşdirir: ailələr parçalanır, gənclər sağlıqlarını itirir, cinayətkarlıq artır. Bunun qarşısını almaq üçün yalnız hüquq mühafizə orqanlarının deyil, hər bir vətəndaşın da məsuliyyəti var. Bunu yalnız xəbər oxumaqla bitirməməliyik. Cəmiyyət olaraq, bu cür hallara qarşı mübarizəni gücləndirmək, bəlkə də bu narkotik şəbəkələrinin fəaliyyətinə son qoymaq üçün hər birimiz özümüzə düşən rolu oynamalıyıq.

Bir sözlə, bu cür xəbərlər hər birimizin qarşısında bir çağırışdır. Biz vətəndaş olaraq reaksiyamız göstərməli, cəmiyyətin gələcəyini qorumalı və bu cür hallara qarşı hamılıqla mübarizə aparmalıdır. Çünki narkotiklər, nə qədər gizli və təhlükəsiz görünsə də, heç vaxt əslində sadəcə bir “ot” deyil. Bu, bir çox gəncin, bir çox ailənin həyatını dəyişdirəcək böyük bir zəhər kabusudur.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
50
bizimyol.info

10Источники