RU

İsrail HHQ-nin üç helikopteri Dəməşq yaxınlığına qoşun ENDİRDİ

İsrail Hərbi Hava Qüvvələrinə məxsus üç helikopteri Dəməşqin Yafur qəsəbəsinə qoşun endirib. 

İnterpress.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus üç helikopter bu gün səhər tezdən Suriyanın Dəməşqdən 10 km aralıda yerləşən Yafur qəsəbəsinə qoşun endirib.

Telekanalın sözlərinə görə, İsrail xüsusi təyinatlılarının əsgərləri bu ərazidə yerləşən keçmiş Respublika Qvardiyasının bazasını təmizləyiblər.

Əməliyyat 5 saata yaxın davam edib, bundan sonra İsrail hərbçiləri vertolyotla Suriya ərazisini tərk ediblər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
7
50
interpress.az

10Источники