RU

Rusiya kimyəvi silahdan istifadəni artırır

Rusiya

Rusiya ordusu Ukraynada kimyəvi silahdan istifadə hallarını artırıb.

Reyting.az
xəbər verir ki, Almaniya və Hollandiyanın xarici kəşfiyyat vəhərbi kəşfiyyat xidmətləri bununla bağlı birgə bəyanat yayıblar.

Bəyanatda qeyd olunur ki, Rusiya Ukraynada kimyəvi silah istifadə hallarını artırıb.

Bildirilir ki, Rusiya hərbçiləri indi xüsusilə qapalı ərazilərdə ölümcül nəticələrə səbəb ola biləcək zəhərli maye qaz xloropikrindən standart formada istifadə edir və Moskva bununla Kimyəvi Silahlar Konvensiyasını pozur.

Hollandiya hərbi kəşfiyyat xidmətinin (MIVD) direktoru vitse-admiral Peter Resink deyib ki, Rusiyanın kimyəvi silah proqramından gələn təhlükəsi artmaqdadır.

Hollandiyanın Müdafiə naziri Ruben Brekelmans Rusiyanın kimyəvi silah istifadəsini “sistemli” və “geniş miqyasda” artırdığını vurğulayıb:

“Bu, tamamilə qəbuledilməzdir və Ukraynanın üzləşdiyi vəhşiliyi bir daha göstərir”.

Brekelmansın fikrincə, yaranmış vəziyyət daha çox sanksiyalar, Rusiyanın təcrid olunması və Ukraynaya hərbi dəstəyin azalmadan davam etməsini tələb edir.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Ukrayna qoşunlarına qarşı 9 min dəfədən çox kimyəvi maddə istifadə etdiyini açıqlayıb. Bu kontekstdə Ukrayna iyun ayında Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına (OPCW) hesabat təqdim edib.

E. KAMAL
Избранный
8
50
reyting.az

10Источники