RU

Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib – MƏHKƏMƏ

Bakı. Trend:

İyulun 4-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəməprosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrininişğalı altında olan ərazilərində girov götürümüş şəxslər ifadəveriblər.

Trend xəbərverir ki, zərərçəkmiş şəxs Nəsibə Quliyeva ifadəsində Kəlbəcərinişğalı zamanı 13 yaşı olduğunu, bacı-qardaşları ilə birlikdə1993-cü il martın 31-də rayondan yük avtomobili ilə çıxarkən“Tunel” adlanan ərazidə Ermənistan silahlı qüvvələrinin hərbçiləritərəfindən atəşə tutulduğunu bildirib. O deyib ki, həmin vaxtonları hərbçilər müşayiət etməyib və maşındakıların çoxu azyaşlılarolub: “O qədər çox atırdılar ki, sanki dolu yağırdı”.

Zərərçəkmiş hadisə zamanı 3 yaşlı bacısının və 3 azyaşlıqardaşının onunla birlikdə olduğunu bildirib: “Mənə 6 güllə vəqəlpələr dəymişdi, hazırda bədənimdə çoxlu qəlpə var”.

N.Quliyeva daha sonra Ermənistan hərbçiləri tərəfindən girovgötürüldüyünü söyləyib. Bacısının girovluğun ilk günlərində Ağdərərayonunun Vəng kəndində müalicə adı altında aparıldığını, səhərigün isə onun ölməsi barədə xəbər verildiyini deyib. O, hələ dəbacısından və iki qardaşından (Aygün, Yaşar və Məzahir Quliyevlər)xəbər ala bilmədiklərini diqqətə çatdırıb.

Zərərçəkmiş şəxs qardaşı Bəxtiyarın hadisə zamanı 9 yaşıolduğunu, girovluqda erməni hərbçisinin onun başına təpiklə vurduğuzərbəyə görə indiyə qədər də səhhətində problemin qaldığınıbildirib.

N.Quliyeva daha sonra 3 ay 15 gün Xankəndidə saxlanıldıqlarınısöyləyib. O, girovluqdan azad olunarkən əvvəlcə İrəvana, oradan isəBakıya gətirildiyini deyib və əlavə edib: “Valideynlərim sağdır,onlar hələ də üç övladını gözləyirlər. Deyirlər, ermənilər onlarısaxlayır, gələcəklər...”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Məqalədə:
Избранный
134
50
az.trend.az

10Источники