Ötən il konsertlərdən ən çox gəlir əldə edən türkiyəli məşhurların siyahısı açıqlanıb.
Musavat.com xəbər verir ki, Cem Adrian 2024-cü il etibarilə biletli konsertlərdə siyahının zirvəsinə yüksəlib.
2024-cü ildə Tarkanın biletli konsert verməməsi səbəbindən birinci yeri tutan Adrian 188 konsertlə 8 milyon avro gəlir əldə edib və siyahının birincisi olub. 2023-cü ildə biletli konsertlərdə ikinci olan Cem Adrian bu il gəlirini 6 milyon avrodan 8 milyon avroya yüksəldib və birinci olub.
1. Adrian ən çox biletli konsert verən sənətçi kimi diqqət çəkib.
2. HAKAN ALTUN: 7 MİLYON 477 MİN 850 AVRO
Hakan Altun 2024-cü ildəki uğurlu çıxışları ilə 7,4 milyon avro gəlir əldə edib. Bu, əvvəlki ilə nisbətən böyük artım göstərərək ikinci yeri tutub.
3. YALIN: 6 MİLYON 599 MİN 325 AVRO
Yalın “Sehrli Bir Gecə” adlı konsert silsiləsi ilə diqqət çəkib, 6,6 milyon avro gəlir əldə edib və 2024-cü ildə iz buraxıb.
4. YILDIZ TİLBE: 5 MİLYON 619 MİN 48 AVRO
Yıldız Tilbe hər il olduğu kimi konsert marafonunda 5,6 milyon avro gəlir əldə edərək böyük uğur qazanıb.
5. GÖKHAN TÜRKMEN: 4 MİLYON 155 MİN 934 AVRO
Gökhan Türkmen uğurlu mahnı və konsert performansları ilə 4,1 milyon avro gəlir əldə edərək siyahıda özünə yer tapıb.
6. MAHMUT ORHAN: 3 MİLYON 878 MİN 599 AVRO
Elektron musiqi səhnəsində tanınan ad Mahmut Orxan 2024-cü ildə 3,9 milyon avro gəlir əldə edib. Onun xaricdə də böyük pərəstişkarı var.
7. MERT DEMİR: 3 MİLYON 857 MİN 344 AVRO
Mert Demir musiqi karyerasıyla yanaşı, Serenay Sarıkaya ilə münasibəti ilə də gündəmdədir. O, 2024-cü ildə 3,9 milyon avroluq dövriyyəyə nail olmaqla siyahının diqqət çəkən adlarından biri olub.
8. MABEL MATİZ: 3 MİLYON 791 MİN 586 AVRO
Mabel Matiz musiqi karyerasında əldə etdiyi uğurlarla 3,7 milyon avro dövriyyəyə nail olub və siyahıda mühüm sıralamaya imza atıb.
9. AJDA PEKKAN: 3 MİLYON 786 MİN 111 AVRO
Türk musiqisinin divası Ajda Pekkan il ərzində verdiyi konsertlərlə 3,7 milyon avro gəlir əldə edib.
10. SİMGE SAĞIN: 3 MİLYON 727 MİN 845 AVRO
Simge Sağın dinamik səhnə performansları və güclü mahnı repertuarı ilə 3,7 milyon avro gəlir əldə edərək siyahıya düşməyi bacarıb.
Könül
Musavat.com