RU

“Hizbullah” tərksilah üçün şərtlərini açıqladı

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Livanın “Hizbullah” hərəkatı silahlarını, o cümlədən ağır silahlarını ölkə ordusuna təhvil verməyə hazırdır.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, bunun baş verməsi üçün İsrail Livanı tərk etməlidir.

Məlumata görə, hərəkat Livan prezidenti Cozef Aunun İsrail qoşunlarının ölkələr arasında beynəlxalq səviyyədə tanınmış sərhədlərə qaytarılması müqabilində tərəfdarlarının tədricən tərksilah edilməsi və Litani çayının şimalından çıxarılması təklifi ilə razılaşıb.

Hərəkat həmçinin İsraildən təcavüz etməmək üçün etibarlı təminat tələb edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
13
yeniavaz.com

10Источники