RU

Avtobus zolaqları ilə bağlı YENİLİK OLACAQ

ain.az, Baku.ws saytına istinadən bildirir.

"Bakıda avtobus zolaqlarının 160 km-ə çatdırılması nəzərdə tutulur".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edək ki, AYNA tərəfindən təşkil edilən xüsusi hərəkət zolaqlarında avtobuslar maneəsiz və vaxt itkisinə məruz qalmadan sərnişinləri daşıyır. Paytaxt küçələrində xüsusi hərəkət zolaqlarının yaradılmasında məqsəd sərnişinlərin vaxt itkisinə məruz qalmadan daşınmasını təmin etməkdir.

"Hazırda paytaxtın 40-a yaxın küçə və prospektində ümumi uzunluğu 112 km xüsusi hərəkət zolağı təşkil edilib. Avtobus zolaqlarının 160 km-ə çatdırılması nəzərdə tutulur", - deyə AYNA-nın məlumatında bildirilib.

Banu Hüseynli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
162
50
baku.ws

10Источники