RU

Rəsmi Çin: ABŞ-nin İranı bombalaması nüvə fəlakəti təhlükəsi yaradır

BAKI. 4 iyul. TELEQRAF

“Müharibə İranın nüvə proqramı ətrafında problemi həll etməyəcək. ABŞ-nin İranın nüvə obyektlərini bombalaması nüvə fəlakəti təhlükəsi yaradır”.

Teleqraf xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.

Çin diplomat deyib: “ABŞ-nin İranın nüvə obyektlərini bombalaması nüvə fəlakətinə gətirib çıxara bilər. Bunun əvəzini bütün dünya ödəyəcək. Müharibə İran problemini həll edə bilməz”.

Van Yi Tehranın nüvə silahı hazırlamayacağına əminliyini ifadə edib. O, həmçinin Çinin İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna hörmət etdiyini vurğulayıb.

Избранный
20
50
teleqraf.com

10Источники